Lənkəranda meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Lənkəranda meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB İyunun 28-də ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.
Ekologiya
29 İyun , 2019 15:40
Lənkəranda meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

İyunun 28-də ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyi ilə söndürülüb. 

Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib. 

ETSN yanğının qarşısının alınmasında nazirliyin əməkdaşlarına kömək və dəstək göstərdiklərinə görə Gəgıran kəndinin sakinlərinə minnətdarlıq bildirir və vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına riayət etsinlər.


*** 15:09

Lənkəran rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, meşəyə ildırım düşüb və daha sonra yanğın başlayıb. 

Yanğın yerinə texnika qalxa bilmədiyindən və ərazi sıx meşəlik olduğundan alovun yayılma təhlükəsi var. 

Hazırda yerli idarəetmə orqanlarının və meşə təsərrüfatının işçiləri hadisə yerindədir. Eyni zamanda 2 yanğınsöndürən avtomobil də yanğının söndürülməsinə cəlb edilib.

Ərazinin Hirkan Milli Parkına aid olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi