Bakı. 1 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Masallı rayonları ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, saxlanılan şəxslərdən 3 ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.
Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədov olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib, inzibati qaydada, ümumilikdə, 3035 manat məbləğində cərimə və ziyan tətbiq olunub.