Yuxarı
    Bağlamaq

    Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti barədə rəsmi məlumat açıqlanıb

    Yağan leysan yağışla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) noyabrın 24-ü gündüzdən 25-i səhərədək Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti barədə rəsmi məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.

    Ən çox düşən yağıntının miqdarı Lənkəranda 202 (aylıq normanın 120 faizi), Astarada 111 (aylıq normanın 72 faizi), Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib.

    Yağan leysan yağışla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi