Kürdəmirdə şəhidlərin şərəfinə şam ağacları əkilib

Kürdəmirdə şəhidlərin şərəfinə şam ağacları əkilib 2-ci Qarabağ müharibəsində şəhid olan vətən oğullarının adlarının əbədiləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) və Aqrar inkifaf Könüllüləri Təşkilatı (AİKT) ilə birlikdə Kürdəmirdə ağac əkmə aks
Ekologiya
19 Dekabr , 2020 13:22
Kürdəmirdə şəhidlərin şərəfinə şam ağacları əkilib

İkinci Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının adlarının əbədiləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) ilə birlikdə Kürdəmir rayonunda ağacəkmə aksiyası həyata keçiriblər.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, aksiyada Vətən müharibəsində şəhid olan 35 Kürdəmir şəhidinin hər birinin adına bir şam ağacı əkilərək onların xatirələri bir daha yad edilib.

Qeyd edək ki, aksiya çərçivəsində bütün rayon və şəhərlərdə şəhidlərin sayı qədər müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi