Yuxarı

Kür çayının səviyyəsi aşağı düşüb, içməli su problemi yaranıb - FOTO

Çayda suyun səviyyəsi 50-60 santimetr azalıb

Bakı. 23 may. REPORT. AZ / Kür çayının Salyan rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb. “Report” xəbər verir ki, bir həftə ərzində çayda suyun səviyyəsi 50-60 santimetr azalıb. Suyun səviyyəsi aşağı olan çayda yenidən suyun azalması vəziyyəti bir qədər də çətinləşdirib. 
Kür çayının səviyyəsinin aşağı düşməsi su-nasos stansiyalarına da öz təsirini göstərib. Belə ki, Kür çayında quraşdırılmış bəzi su nasosları quruda qalıb. 
Hazırda şəhəri içməli su ilə təmin edən 4 su-nasos stansiyasının məhsuldarlığı aşağı düşüb. Nəticədə şəhər əhalisinin 30 faizinə içməli su verilməsində bir qədər çətinliklər yaranıb.

Bununla yanaşı əkin sahələrinin suvarılmasında istifadə olunan su nasos stansiyaları da tam gücü ilə işləyə bilmir. 

Mütəxəssislərin fikrincə, yaz aylarında Kür çayının səviyyəsinin azalması bir neçə gün də belə davam edərsə vəziyyət daha da ciddiləşər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi