Kür çayına 10 min balıq körpəsi buraxılıb

Kür çayına 10 min balıq körpəsi buraxılıb Kür çayına 10 min balıq körpəsi buraxılıb.
Ekologiya
17 Yanvar , 2025 15:24
Kür çayına 10 min balıq körpəsi buraxılıb

Kür çayına 10 min balıq körpəsi buraxılıb.

Bu barədə "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli ekologiya idarələrinin əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə 10 min ədəd çəkikimi balıq körpəsi Tovuz rayonu ərazisindən Kür çayının mənsəbinə buraxılıb.

Qeyd olunub ki, məqsəd biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə verməkdir.

Son xəbərlər

Orphus sistemi