Bakıda güclü külək bir sıra fəsadlar törədib, dağıntılar var - FOTO

Bakıda güclü külək bir sıra fəsadlar törədib, dağıntılar var - FOTO Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda güclü külək bir sıra fəsadlar törədib.
Ekologiya
17 Yanvar , 2019 22:12
Bakıda güclü külək bir sıra fəsadlar törədib, dağıntılar var - FOTO

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda güclü külək bir sıra fəsadlar törədib.

"Report" xəbər verir ki, paytaxtda güclü külək bəzi yerlərdə işıq dirəklərini, reklam lövhələrini aşırıb, habelə ağacları kökündən qoparıb. Bir sıra yerlərdə ağaclar avtomobillərin üstünə aşıb. 

Kəskin hava şəraiti hətta bəzi yerlərdə yol qəzalarına da səbəb olub. Belə ki, nəqliyyat vasitələri idarəetmədən çıxaraq aşıb. Külək bir sıra yerlərdə evlərin damını qoparıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Açıq dənizdə dalğanın maksimal hündürlüyü 9,3 metrə çatıb. 

Son xəbərlər

Orphus sistemi