Kökünün kəsilməsi təhlükəsi olan fauna və flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib

Kökünün kəsilməsi təhlükəsi olan fauna və flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb
Ekologiya
1 Dekabr , 2017 00:15
Kökünün kəsilməsi təhlükəsi olan fauna və flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

İcazə/sertifikatın verilməsi qaydaları və şərtlərinin 3.1-ci bəndinə edilən dəyişikliyə əsasən nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə (Ərizəçinin lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim etməsi) uyğun olaraq müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi