Keçən il Azərbaycanda hava proqnozlarının 94-97 faizi özünü doğruldub

Keçən il Azərbaycanda hava proqnozlarının 94-97 faizi özünü doğruldub Respublika üzrə tərtib olunan xəbərdarlıqların ümumi sayı 156 ədəd olub
Ekologiya
19 Yanvar , 2016 11:40
Keçən il Azərbaycanda hava proqnozlarının 94-97 faizi özünü doğruldub

Bakı. 19 yanvar. REPORT.AZ/ Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Azərbaycanın rayonları və Abşeron yarımadası üzrə tərtib etdiyi proqnozların özünü doğrultması 94.6-97.5 faiz olub.

"Report"un xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən 2015-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Məlumata görə, Hidrometeoroloji Proqnozlar Bürosunda (HPB) hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 630-a yaxın yarımsutkalıq, 10 minə yaxın sutkalıq, ikisutkalıq (sorğularla) və 12 ədəd aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 3 300-ə yaxın yarımsutkalıq, 7 minə yaxın sutkalıq və ikisutkalıq (sorğu), Abşeron dəniz rayonu üzrə 42 ədəd ongünlük proqnoz, Xəzər dənizi üzrə 970, Abşeron dəniz rayonu üzrə 235 xəbərdarlıq tərtib olunub ki, bunun 26-sı ifrat təhlükəli, 26-sı isə təhlükəli hidrometeoroloji hadisə haqqında olub. Respublika üzrə tərtib olunan xəbərdarlıqların ümumi sayı 156 ədəd olub.

2015-ci ildə Kür və Qanıx çayları üzrə 480 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 731 ədəd səviyyə proqnozu, 3 çay (Kür-Qıraqkəsəmən, Qanıx- Əyriçay, Araz-Qıvraq) üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 17 çay (Kür-Qıraqkəsəmən, Qanıx-Əyriçay, Araz-Qıvraq, Zəyəmçay-Ağbaşlar, Gəncəçay-Zurnabad, Kürəkçay-Çaykənd (Toğana), Göyçay-Göyçay, Talaçay-Zaqatala, Kişçay-Kiş, Qusarçay-Kuzun, Qudyalçay-Küpçal, Vəlvələçay-Təngəaltı, Lənkərançay-Lənkəran, Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor, Naxçıvançay-Qarababa, Cəhriçay-Payız) üzrə 12 ədəd aylıq və 1 ədəd yaz-yay gursululuq dövrü proqnozu, Kür, Araz, Qanıx çayları üzrə 4 ədəd fəsillik axım proqnozu tərtib edilib.

"Azərbaycanın rayonları və Abşeron yarımadası üzrə tərtib edilən proqnozların özünü doğrultması 94.6-97.5 faiz, Xəzər dənizi üzrə 92.5-95.6 faiz, 7 iqlim bölgəsi üzrə tərtib olunan aylıq hava proqnozunun özünü doğrultması 92-95.5 faiz, respublika üzrə verilən xəbərdarlıqların özünü doğrultması 92.0-96.5 faiz, Abşeron dəniz rayonu üzrə 92.5-95.3 faiz, çaylar üzrə tərtib olunan (gündəlik, ongünlük, aylıq və fəsillik) proqnozların özünü doğrultması isə 77.7-97.4 faiz olub", - hesabat sənədində  bildirilib.

Son xəbərlər

Orphus sistemi