İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanılıb

İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanılıb Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.
Ekologiya
803
12 Sentyabr , 2021 15:56
İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanılıb

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (ETSN) əməkdaşları tərəfindən araşdırılır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi