İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
25 iyun 2023 12:56
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, istirahət və bayram günlərində iyunun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin 27-30-da gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Samur -Yalama milli parkında iyunun 26-da hava şəraiti əsasən yağmursuz keçsə də, lakin iyunun 27-29-da gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-31° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin iyunun 27-29-da gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-23° isti olacaq.

Ağgöl milli parkında yağmursuz, sabit hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-31° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 29-da gündüz, iyulun 01-02-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.

Göygöl milli parkında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin 27-29-da gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 13-15° isti , gündüz 25-27° isti olacaq.

Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 16-20 ° isti, gündüz 30-33° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 29-da gündüz, iyulun 01-02-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.

Son xəbərlər

Orphus sistemi