İsmayıllıda yaşı 100-dən çox olan ağac kəsildi, icra nümayəndəsi cərimələndi - VİDEO

İsmayıllıda yaşı 100-dən çox olan ağac kəsildi, icra nümayəndəsi cərimələndi - VİDEO İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildirilən qovaq ağacı kəsilib.
Ekologiya
259
7 İyun , 2021 09:29
İsmayıllıda yaşı 100-dən çox olan ağac kəsildi, icra nümayəndəsi cərimələndi - VİDEO
0 : 00
0 : 00

İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildirilən qovaq ağacı kəsilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisənin düzgün aparılmayan budanma işləri zamanı baş verdiyi məlum olub.

Kənd icra nümayəndəsi Tahir Hüseynov qeyd edib ki, ağacın budanması aidiyyatı qurumdan rəy alındıqdan sonra həyata keçirilib.

Sakinlərin müraciətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib. Məlum olub ki, budanma düzgün aparılmayıb. Buna görə də Cülyan kənd icra nümayəndəsi nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən cərimələnib.

Son xəbərlər

Orphus sistemi