İsmayıllıda bələdiyyə torpaqlarında qanunsuz ağac kömürü istehsal edən ocaqxana aşkarlanıb

İsmayıllıda bələdiyyə torpaqlarında qanunsuz ağac kömürü istehsal edən ocaqxana aşkarlanıb İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub.
Ekologiya
23 Sentyabr , 2022 12:31
İsmayıllıda bələdiyyə torpaqlarında qanunsuz ağac kömürü istehsal edən ocaqxana aşkarlanıb

İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi