İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub

İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və elmi müəssisələrin nümayəndələrinin iştirakı ilə “İqlim Dəyişmələri-müasir çağırışlar” mövzusunda konfran
Ekologiya
27 May , 2022 15:33
İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və elmi müəssisələrin nümayəndələrinin iştirakı ilə “İqlim Dəyişmələri-müasir çağırışlar” mövzusunda konfrans keçirilib.

ETSN-dən "Report"a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti çərçivəsində iqlim dəyişikliyi üzrə 13-cü Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq və onu təşviq etməkdir.

Tədbirdə iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, təbii fəlakətlərə qarşı uyğunlaşma potensialının gücləndirilməsi və digər istiqamətlərdə təqdimatlar nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi