“Əvvəl yay aylarında 40 dərəcəyə yaxın temperatur olan günlərin sayı 3-5 idisə, bu ilin avqust ayında belə günlərin sayı təxminən 20-dən çox olub”.
“Report” xəbər verir ki, bunu Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.
“Mənfi nəticələr kifayət qədər çoxdursa və bu da iqtisadi ziyana səbəb olursa, qabaqlayıcı tədbirlər görməyə məcburuq. Sudan qənaətlə istifadə olunması tələbi ciddi şərt kimi qoyulmalıdır”, - İnstitut direktoru bildirib.