İdarə rəisi: "Dəniz ekomühitinin tənzimlənməsində böyük dəyişikliklər qeydə alınıb"

İdarə rəisi: "Dəniz ekomühitinin tənzimlənməsində böyük dəyişikliklər qeydə alınıb" "Xəzər dənizinin biokimyəvi balansının qorunub saxlanması əsas problemlərdən biridir".
Ekologiya
5 İyul , 2022 16:14
İdarə rəisi: Dəniz ekomühitinin tənzimlənməsində böyük dəyişikliklər qeydə alınıb

"Xəzər dənizinin biokimyəvi balansının qorunub saxlanması əsas problemlərdən biridir".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dəniz Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda ekoloji təhlükəsizliklə bağlı əsas məsələlərin təhlili zamanı Xəzər dənizində ekoloji təhlükəsizliyin təmin olunması xüsusi maraq doğurur: "Dəniz suyu nümunələri üzərində kimyəvi, dib çöküntüsü nümunələri üzərində kimyəvi və ekotoksikoloji, bentos və zooplankton nümunələri üzərində hidrobioloji təhlillər aparılıb. Aparılan təhlillərin nəticəsinə görə çirklənmə faizinin minimuma bərabər olduğu müəyyən edilib. Əvvəlki illərlə müqayisədə ekoloji baxımdan dəniz ekomühitinin tənzimlənməsində böyük dəyişikliklər qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi