İyulun ikinci və üçüncü ongünlüyündə Azərbaycanda yenidən anomal istilər olacaq

İyulun ikinci və üçüncü ongünlüyündə Azərbaycanda yenidən anomal istilər olacaq Bakı. 3 iyul. REPORT.AZ/ İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir.
Ekologiya
3 İyul , 2018 10:25
İyulun ikinci və üçüncü ongünlüyündə Azərbaycanda yenidən anomal istilər olacaq
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ "İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ­Ekol­oji ma­arifləndirmə və­ icti­maiyyətlə əlaqəl­ər ş­öbəsinin icti­mai­ təşkilatlarla iş, ek­ol­oji maarifləndirmə ­v­ə elm sektorunun müd­­iri Umayra Tağıyeva bildirib.

O deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: "İyul ayının növbəti günlərində də anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir".

Son xəbərlər

Orphus sistemi