Baş hidroloq: "İyulun 9-dan havanın temperaturu yüksələcək, bu da meteohəssas insanlar üçün əlverişsizdir"

Baş hidroloq: "İyulun 9-dan havanın temperaturu yüksələcək, bu da meteohəssas insanlar üçün əlverişsizdir" Sabah Bakıda gündüz 26-31, rayonlarda isə 32-37 dərəcə isti olacaq
Ekologiya
7 İyul , 2015 12:35
Baş hidroloq: İyulun 9-dan havanın temperaturu yüksələcək, bu da meteohəssas insanlar üçün əlverişsizdir

Bakı. 7 iyul. REPORT.AZ/ İyulun 8-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. Lakin iyulun 9 və 10-da gündüz saatlarında isti temperatur diskomfortu və havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

O bildirib ki, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Sabah paytaxtda şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi