ETSN: İyulun 13-14-də güclü külək olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək

ETSN: İyulun 13-14-də güclü külək olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya
10 İyul , 2019 15:19
ETSN: İyulun 13-14-də güclü külək olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək

"Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir". 

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

Onun sözlərinə görə, hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır: "Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər. Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir".

Son xəbərlər

Orphus sistemi