İydə ağacını kəsən şəxs 2500 manat məbləğində cərimələnib

İydə ağacını kəsən şəxs 2500 manat məbləğində cərimələnib Bakı. 22 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
22 İyun , 2018 10:50
İydə ağacını kəsən şəxs 2500 manat məbləğində cərimələnib
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkar olunub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.

Son xəbərlər

Orphus sistemi