Yuxarı
    Bağlamaq

    İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

    Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

    Bakı. 16 may. REPORT.AZ/ İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

    Mayın 17-də Azərbaycan rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gün ərzində ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-17 dərəcə isti olacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi