İstirahət günü Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək yüksələcək

İstirahət günü Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək yüksələcək Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək
Ekologiya
12 Noyabr , 2016 12:08
İstirahət günü Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək yüksələcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Noyabrın 13-də yarımadanın və paytaxtın bəzi yerlərində zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq. 

Son xəbərlər

Orphus sistemi