Yuxarı

İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərinin hava proqnozu açıqlandı2022 821

Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil olacaq.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi