İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb Bakıda maksimal temperatur 28-32 dərəcə isti təşkil edəcək
Ekologiya
31 Avqust , 2018 16:22
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a daxil olan məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırılıb ki, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz, sabit hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, sentyabrın 1-2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Komfort temperatur göstəriciləri müşahidə olunacaq, maksimal temperatur 28-32 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi