İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb Çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir
Ekologiya
3 Avqust , 2018 15:57
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda isə 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırılır ki, avqustun 4-5-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi