İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb Bakı. 2 noyabr. REPORT.AZ/ İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya
2 Noyabr , 2018 17:47
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, gün ərzində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 17-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın maksimal temperaturu 17-19 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi