İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Lənkəran-Astara bölgəsində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin mayın 26-da axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava, əsasən, yağmursuz olacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.