İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb Gülşad Məmmədova: “Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq”
Ekologiya
23 Fevral , 2018 10:56
İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ “Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, fevral ayının 24-25-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin, səhər saatlarında bəzi dağlıq ərazilərdə çiskin olacağı ehtimalı var, ayrı-ayrı yerlərdə duman olacaq”.

G.Məmmədova qeyd edib ki, paytaxtda növbəti iki gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq: “Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperatur rejimində isə mühüm bir dəyişiklik gözlənilmir. Paytaxtda 7-10, bölgələrdə 7-12, dağlarda isə 5-10 dərəcə isti olacaq”.

Son xəbərlər

Orphus sistemi