Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.