Yuxarı

İstanbulda 100-dən çox aviareys təxirə salınıb

İstanbulda küləyin sürəti saniyədə 100 metrəyə çatıb

BAKI. 31 yanvar. REPORT.AZ/ İstanbul şəhərində güclü fırtına səbəbindən 100-dən artıq aviareys təxirə salınıb.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ümumilikdə 103 aviareysin vaxtı dəyişdirilib.

Qeyd edək ki, ötən axşam İstanbulda küləyin sürəti saniyədə 100 metrəyə çatıb. Meteoroloqlar Türkiyə ərazisində qeyri stabil hava şəraitinin fevralın 3-dək davam edəcəyini proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi