İsmayıllıda meşə yanır

İsmayıllıda meşə yanır Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür
Ekologiya
14 Sentyabr , 2017 15:53
İsmayıllıda meşə yanır
Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Yanğının söndürülməsi üçün dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi