Yuxarı

İradə İbrahimova: "Azərbaycanda yaşıllıq sahələri artırılır"

​İradə İbrahimova yaşıllıq sahələrindən danışdı

160

© Report — İradə İbrahimova

"İstər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu işdə müsbət bir başlanğıcdır.

Nazirlik rəsmisi qeyd edib ki, bəzən yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir:

"Paytaxtda və regionlarda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı iş aparılır. Hər il vətəndaşların iştirakı ilə ölkədə kütləvi ağacəkmə aksiyaları keçirilir, boş torpaqlarda yaşıllıqların artırılmasına və iqtisadiyyatın inkişafına töhfə verən meyvə bağları salınır. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınıb. İctimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, ekoloji pozuntularla bağlı məlumatları dərhal nazirliyə çatdırır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi