İradə İbrahimova: "Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir"

İradə İbrahimova: "Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir" Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışırıq.
Ekologiya
14 May , 2019 16:10
İradə İbrahimova: Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir
Report / Elchin Murad

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışırıq".

"Report" xəbər verir ki, bunu Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, Nazirlik hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara qarşı durub və duracaq: "Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə, bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır".

"Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Bu ittihamlar heç bir məntiqə sığmır.

Biz saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha bildiririk ki, Nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsində, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır", - İ.İbrahimova qeyd edib.

Mətbuat katibi əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağacın əkilməsi buna sübutdur: "Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".

Son xəbərlər

Orphus sistemi