İradə İbrahimova: "İctimaiyyət ətraf mühitin qorunması üçün maraqlı olmalıdır"

İradə İbrahimova: "İctimaiyyət ətraf mühitin qorunması üçün maraqlı olmalıdır" Bakı. 8 iyun. REPORT.AZ/ Tullantıların idarə olunması üçün yalnız cərimələrlə iş bitmir.
Ekologiya
8 İyun , 2018 12:10
İradə İbrahimova: İctimaiyyət ətraf mühitin qorunması üçün maraqlı olmalıdır
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Tullantıların idarə olunması üçün yalnız cərimələrlə iş bitmir".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, cərimələrlə hər şeyi həll etmək olmaz: "İctimaiyyət ətraf mühitin qorunması üçün maraqlı olmalıdır, dövlət qurumlarına yardım etməlidir. Seçim hər zaman bizim özümüzdən asılıdır".

Mətbuat katibi bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantıların ətraf mühitə vurduğu ziyanın daim qarşısını almağa çalışır: "Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər bundan sonra da davam edəcək".

Son xəbərlər

Orphus sistemi