İradə İbrahimova: "Aksiyalarda təmizlənən ərazi növbəti dəfə daha çox çirklənir"

İradə İbrahimova: "Aksiyalarda təmizlənən ərazi növbəti dəfə daha çox çirklənir" Çimərlik mövsümü başlayandan təkcə Buzovna çimərliyi ərazisi may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı eyni ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Yəni zibil azalmır.
Ekologiya
25 Sentyabr , 2019 16:06
İradə İbrahimova: Aksiyalarda təmizlənən ərazi növbəti dəfə daha çox çirklənir

"Çimərlik mövsümü başlayandan təkcə Buzovna çimərliyi ərazisi may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı eyni ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Yəni zibil azalmır".

"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu problem çimərlik ərazilərinə yanaşma dəyişməyənədək davam edəcək: "Yəqin, hər kəs mənimlə razılaşar ki, özümüz təbiəti bu günə qoyuruq. Evimizin içindəki zibili çıxarıb kandarına atırıq, ətrafı çirkləndiririk. Təbiətə münasibət dəyişmədikcə istirahət etdiyimiz ərazilər də daxil hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq".

İ.İbrahimova bildirib ki, bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etmək olmaz: "Hamılıqla məsələnin ciddiliyini başa düşək və əməli nümunə göstərək. Düzdür, burada tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı da var. Onların da bu məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Belə olsa, nəticə daha tez əldə ediləcək və hamımızın daha təmiz ətraf mühitdə yaşamasına birgə nail olacağıq. Nəticə etibarilə təmizlik aksiyalarının keçirilməsinə də ehtiyac qalmayacaq".

Son xəbərlər

Orphus sistemi