İradə İbrahimova: “Xəzər dənizinə atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir”

İradə İbrahimova: “Xəzər dənizinə atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir” Bakı. 1 fevral. REPORT.AZ/ “Xəzər dənizinə atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir”.
Ekologiya
1 Fevral , 2019 15:18
İradə İbrahimova: “Xəzər dənizinə atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir”
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ “Xəzər dənizinə atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir”.

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. 

Onun sözlərinə görə, Xəzərin təmiz olması üçün hər kəs məsuliyyət daşıyır: "Xəzər hamımızındır. Hər birimiz onun təmiz olması üçün məsuliyyət daşıyırıq və onu çirklənmədən birgə qorumalıyıq. Bunun üçün hər kəs özündən başlamalıdır. Xəzər müəyyən qədər özünü bərpa etmək gücünə malik olsa da, bizim ona vurduğumuz zərər, atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur". 

Mətbuat katibi bildirib ki, Nazirliyin məqsədi Xəzər dənizini çirklənmədən qorumaq və ekoloji durumunu sağlamlaşdırmaqdır: "Bu məqsədlə də təbliğat və maarifləndirməyə üstünlük veririk. Ümid edirik ki, hər bir fiziki və hüquqi şəxs bizim çağırışımıza cavab olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, sahibkarlar müasir texnologiyalara üstünlük verərək standartlara cavab verən təmizləyici qurğular quraşdıracaq".

Son xəbərlər

Orphus sistemi