İqlimşünas: “Ayın sonunadək havanın temperaturu yüksəlməlidir”

İqlimşünas: “Ayın sonunadək havanın temperaturu yüksəlməlidir” ​“Hazırda Azərbaycan ərazisində müşahidə olunan hava şəraiti iqlim normasına uyğundur”
Ekologiya
17 Aprel , 2017 11:43
İqlimşünas: “Ayın sonunadək havanın temperaturu yüksəlməlidir”

Bakı. 17 aprel. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisində müşahidə olunan hava şəraiti iqlim normasına uyğundur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, son günlər hava şəraitində iqlim normasından kəskin fərq yoxdur: “Bu gündən başlayaraq ayın sonunadək havanın temperaturu yüksəlməlidir”.

Mütəxəssis qeyd edib ki, ötən həftə müşahidə olunan hava şəraiti aprel ayının əvvəlləri üçün normal olub: “Yəni, aprel ayı ərzində hava şəraitində orta çoxillik iqlim normasından kəskin fərqlənmə müşahidə olunmur. Hazırkı dövr, yəni keçid dövrü üçün külək həmişə səviyyəvi olub. Belə dövrdə havanın tez-tez dəyişməsi, gah isti, gah soyuq olması adi haldır”.

M.Həsənovun sözlərinə görə, ötən günlər əsən küləklər kənd təsərrüfatına müsbət təsir edib: “Küləyin əsməsi bəzi ağacların (ərik, şaftalı, badam, alçanın) çiçəklərini töksə də, tozlanmaya müsbət təsir etdi. Bundan sonra müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik olmasa məhsuldarlıq aşağı düşməyəcək”.  

Son xəbərlər

Orphus sistemi