Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanda zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yerli vaxtla saat 18:11-də Beylaqandan 33 km şimal-şərqdə, İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3 bal, dərinliyi 27 km olan zəlzələ hiss olunmayıb.