Ay tutulması başa çatıb - ƏLAVƏ OLUNUB

Ay tutulması başa çatıb - ƏLAVƏ OLUNUB Bu saatlarda ilin ikinci Ay tutulması (qismən) başlayıb.
Ekologiya
17 İyul , 2019 00:03
Ay tutulması başa çatıb - ƏLAVƏ OLUNUB

Bu saatlarda ilin ikinci Ay tutulması (qismən) başlayıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Report"a verilən məlumata görə, proses saat 01:31-də maksimum həddə olacaq.

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda da müşahidə olunub.

Eyni zamanda bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olub.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib. 


***

Bu ilin ikinci Ay tutulması (qismən) başa çatıb. 

"Report" xəbər verir ki, təbiət hadisəsi saat 00:03-də başlayıb və saat 01:31-də maksimum həddə olub.

Ay tutulması saat 02:59-da yekunlaşıb. 

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.

Son xəbərlər

Orphus sistemi