Yuxarı

​“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı çap olunub

Kitabda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın təbiəti haqqında məlumat verilir

Bakı. 8 oktyabr. REPORT.AZ/ “İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı işıq üzü görüb.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan kitabın elmi redaktoru nazir, professor Hüseyn Bağırovdur.

24 bölmədən ibarət olan kitabda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonun təbiəti haqqında məlumatlar verilir, Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə məhv edən təcavüzkarın vurduğu ümumi ziyan göstərilir. İşğal edilmiş ərazilərdə 247 352 hektar meşə sahəsi, o cümlədən nadir ağac növlərinin bitdiyi 13197,5 hektar meşə sahəsi, 152 təbiət abidəsi və 5 geoloji obyekt məhv edilib.

Kitabda dövlət qoruqlarına, yasaqlıqlarına və digər təbiəti mühafizə obyektlərinə geniş yer ayrılıb. Hazırda ölkədə 9 milli park, 11 dövlət qoruğu və 24 dövlət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi bütövlükdə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir. Kitabın hər bir qoruğa dair bölməsində ölkəmizin bu nadir guşələrinin flora və fauna növlərinin çoxsaylı fotoşəkilləri yer alıb.

Nəşrdə çoxsaylı dövlət ekoloji proqram və layihələrinin həyata keçirilməsinin gedişatı haqqında statistik göstəricilər, Azərbaycan Milli Məclisinin ratifikasiya etdiyi beynəlxalq təbiəti mühafizə Konvensiyaları haqqında məlumatlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi