İlaxır çərşənbədə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

İlaxır çərşənbədə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Martın 17-si və 19-u Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir
Ekologiya
16 Mart , 2015 12:19
İlaxır çərşənbədə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ İlaxır çərşənbədə - martın 17-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Tibbi metereoloji proqnoza gəlincə, martın 17-si və 19-u Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi