İki saata 30 sürücü cərimələnib

İki saata 30 sürücü cərimələnib Bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb
Ekologiya
18 Avqust , 2015 17:30
İki saata 30 sürücü cərimələnib

Bakı. 18 avqust. REPORT.AZ/ Balakən rayonunda avtomobilləri atmosferi çirkləndirən sürücülərə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Yol Polisi (DYP) və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə birgə reyd keçirib.

"Report"un xəbərinə görə, reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib.

Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. Polis əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb.

2 saatdan artıq keçirilən reyd zamanı 50-yə yaxın avtomobil saxlanılıb. Normadan artıq dəm qazı olan 30 avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

Qeyd edək ki, "Təmiz hava" aylığı çərçivəsində keçirilən reyd zamanı bütün növ avtomobilər saxlanılır. Ən çox normalara uyğun gəlməyən isə Rusiya və sovet istehsalı olan avtomobillərdir.

Son xəbərlər

Orphus sistemi