Qusarda icazəsiz ov edən şəxslər saxlanılıblar

Qusarda icazəsiz ov edən şəxslər saxlanılıblar 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıblar.
Ekologiya
1 Oktyabr , 2019 09:19
Qusarda icazəsiz ov edən şəxslər saxlanılıblar

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıblar. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan 5 ov tüfəngi və 32 patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

Son xəbərlər

Orphus sistemi