Hüseyn Bağırov Samuxda vətəndaşları qəbul edib

Hüseyn Bağırov Samuxda vətəndaşları qəbul edib Qəbul zamanı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb
Ekologiya
30 Oktyabr , 2015 12:17
Hüseyn Bağırov Samuxda vətəndaşları qəbul edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Samux şəhərində vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, qəbul Samux şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutub. Görüşdə Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

Qəbul zamanı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılan vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların verdiyi müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi