Hüseyn Bağırov Şabranda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Şabranda vətəndaşları qəbul edəcək Qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək
Ekologiya
4 Mart , 2015 15:57
Hüseyn Bağırov Şabranda vətəndaşları qəbul edəcək

Bakı. 4 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 13-də Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzəndə yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin elektron poçt ünvanları, 168 saylı “Qaynar xətt”i, həmçinin Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamalıdır.

Son xəbərlər

Orphus sistemi