Hüseyn Bağırov: "Qanunsuz ovun qarşısı alınarkən münaqişəli situasiyalar yaranır"

Hüseyn Bağırov: "Qanunsuz ovun qarşısı alınarkən münaqişəli situasiyalar yaranır" "Hər il çoxsaylı tüfənglər müsadirə edilir, cərimələr olur"
Ekologiya
13 May , 2016 20:08
Hüseyn Bağırov: Qanunsuz ovun qarşısı alınarkən münaqişəli situasiyalar yaranır

Bakı. 13 may. REPORT.AZ/ "Qanunsuz ovun qarşısı daima alınır". "Report"un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

O deyib ki, qanunsuz ov edənlərin qarşısı alınarkən münaqişəli situasiyalar da yaranır: "Çünki bir sıra hallarda xarici vətəndaşlar da ölkəmizə gəlib Azərbaycan qanunlarına riayət etməyəndə nazirlik prinsipal mövqe nümayiş etdirir. Çox xoş haldır ki, nazirlik bu mövqeyində dəstək tapır. Azərbaycanda brokenyerlik demək olar yoxdur. Ancaq istisnalar var. Hər il çoxsaylı tüfənglər müsadirə edilir, cərimələr olur". 

Son xəbərlər

Orphus sistemi