Hüseyn Bağırov: "Həmin ərazilərdə aparılan tikintilər sürüşməyə səbəb olur"

Hüseyn Bağırov: "Həmin ərazilərdə aparılan tikintilər sürüşməyə səbəb olur" Hətta yol tikintisi zamanı da həmin ərazilərdən uzaq olmaq və ya əlavə tədbirlər görmək lazımdır
Ekologiya
18 Noyabr , 2015 12:44
Hüseyn Bağırov: Həmin ərazilərdə aparılan tikintilər sürüşməyə səbəb olur

Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycanda sürüşmə sahələrinin bir qismi heç bir tikinti aparılması məqsədəuyğun hesab edilməyən təbii zonalardır. Hətta yol tikintisi zamanı da həmin ərazilərdən uzaq olmaq və ya əlavə tədbirlər görmək lazımdır”.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ikinci qrup sürüşmələr insan fəaliyyəti nəticəsində yaranır: "Qruntun keyfiyyəti elədir ki, ora su gələndə mütləq sürüşmə olacaq. Bəzi hallarda həmin ərazilərdə aparılan tikinti sürüşməyə səbəb olur. Çünki torpaq real vəziyyətdən çox yüklənmiş olur. Bu hallarda tikinti şirkətləri verilən tövsiyələrə ciddi əməl etməlidir".

H.Bağırov sürüşmələrin qarşısının alınması üçün görülən işlərdən də danışıb: "Nazirliyin vəzifəsi belə əraziləri öyrənmək və vaxtaşırı dövlət orqanlarına, o cümlədən tikintiyə nəzarət edən təşkilatlara məlumat göndərməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə sahələrinin atlas və xəritələri hazırlayıb. Sürüşmə sahələrində son vəziyyəti əks etdirən xəritə hazırlanıb və müvafiq icra hakimiyyətinə göndərilib. Təbiətdə gedən proses və bir sıra hallarda insan faktoru nəticəsində yaranan fəsadların qarşısının alınması üçün işlər görülür".

Son xəbərlər

Orphus sistemi