Hüseyn Bağırov Bolqarıstanda bir sıra görüşlər keçirib - FOTO

Hüseyn Bağırov Bolqarıstanda bir sıra görüşlər keçirib - FOTO Nazir Sofiyada tullantıların emalı zavoduna baş çəkib
Ekologiya
12 Oktyabr , 2016 04:30
Hüseyn Bağırov Bolqarıstanda bir sıra görüşlər keçirib - FOTO

Sofiya. 12 oktyabr. REPORT.AZ/ Bolqarıstanda səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüsen Bağırov Sofiya şəhərinin meri xanım Yordanko Fandıkova ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdə Yordanko Fandıkova nazir Hüseyn Bağırova paytaxt Sofiyada Avropa Birliyinin ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verib.

Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İvelina Vasilievanın da iştirak etdiyi görüşdə həmçinin iki ölkə arasında gələcəkdə ətraf mühit və mədəni irsin mühafizəsi sahəsində innovativ ideya və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Daha sonra Hüseyn Bağırov paytaxt Sofiyada tullantıların emalı zavoduna baş çəkib. Nazirə zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, H.Bağırov Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İvelina Vasilevanın dəvətilə bu ölkədə səfərdədir. 

Son xəbərlər

Orphus sistemi