Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransında iştirak edir.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O xatırladıb ki, Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə noyabrın 13-də başlayıb: "Ölkə Prezidenti İlham Əliyevin tapırığına əsasən konfransda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir. Konfransın açılış mərasimində BMT-nin baş katibi cənab Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib".
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.