"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" adlı yeni aksiyaya start verilib

"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" adlı yeni aksiyaya start verilib "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" adlı yeni aksiyaya start verilib.
Ekologiya
28 Mart , 2023 13:24
Hövzələri sintetik torlardan birlikdə təmizləyək adlı yeni aksiyaya start verilib

"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" adlı yeni aksiyaya start verilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

O bildirib ki, bu gün dünyada suyun həyatımız üçün vacibliyi, su ehtiyatlarından səmərəli istifadə nə qədər aktualdırsa, su ekosisteminin dayanıqlılığı, onun mühafizəsi də o qədər zəruridir: "Deməli, ölkəmizin su hövzələrini mənfi təsirlərdən qorumaq, vətəndaşların onlardan davamlı istifadəsini təmin etmək hər birimizdən asılıdir. Cəmiyyətimizdə bu işi təbliğ və təşviq etmək üçün nazirlik “Təmiz hövzələr” devizi altında "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" adlı yeni aksiyaya başlayıb".

Nazirlik rəsmisi vurğulayıb ki, ölkənin su hövzələrinə, onun ekosisteminə və bioresurslarına zərər vuranlara qarşı ardıcıl olaraq tədbirlər görülür, lakin mühafizə işinin daha da əhatəli olması üçün ictimai dəstəyə həmişə olduğu kimi, yenə də zərurət var: "Media təmsilçilərinə, ictimaiyyət nümayəndələrinə, hər bir vətəndaşımıza müraciət edirik ki, balıq ehtiyatlarının tükənməsinin qarşısının alınması, su hövzələrinə buraxılan balıq körpələrinin böyüməsi və onların təbii populyasiyasının artımına nail olunması üçün "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" çağırışına qoşulsunlar, çünki bu işdə ictimaiyyətin rolu həlledicidir. Odur ki, su hövzələrində rast gəldiyiniz sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, eləcə də, teleqram qrupuna (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat verməyinizi xahiş edirik".

Son xəbərlər

Orphus sistemi